Bu günə təyin edilən bal yarmarkası təxirə salınıb.
Mynews.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
“Hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar vətəndaşların və yarmarka iştirakçılarının rahatlığını nəzərə alaraq, bal yarmarkasının açılış mərasimi təxirə salınır”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, yarmarka “Tofiq Bəhramov” adına Respublika Stadionunda keçiriləcək.
Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətovun sözlərinə görə, yarmarka stadionda quraşdırılan çadırda olacaqdı, lakin kəskin külək təhlükəsizlik baxımından risklər yaratdığı üçün tədbir təxirə salınıb.
Yarmarkanın açılış vaxtı küləyin dayanmasına bağlıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub