Quba rayonunun Xınalıq, Dalıqaya, Zıxır və digər yüksək dağlıq kəndlərinə qar yağıb.
Mynews.az-ın Report-a istinadən məlumatına görə, yağıntı gecə saatlarında rayonun əksər dağlıq kənd və məntəqələrinə düşüb.
Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.
Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub