“Bakı Metropoliteni”nin mətbuat xidməti Qara Qarayev stansiyasında qatarların üz-üzə gəlməsini şərh edib.
Mynews.az-ın məlumatına görə, Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə ötən gün saat 13:15-də radələrində baş verib:
“Qatarların birində tunelə daxil olan zaman texniki nasazlıq yaranıb. Sərnişinlər stansiyada düşürülüb. Digər qatara icazə verilib ki, stansiyaya daxil olaraq maşinistə kömək etsin. Nasazlıq aradan qaldırılıb. Qatarların intervalında əlavə 7-8 dəqiqə gecikmə yaranıb”.
Qurum rəsmisi qeyd edib ki, nasazlıq yaranan qatar texniki qaydalara uyğun olaraq depoya göndərilib.
16.17
Bakı metrosunda qorxulu anlar yaşanıb.
Mynews.az Goldnews.az-a istinadən xəbər verir ki, metronun Qara Qarayev stansiyasında iki qatar üz-üzə gəlib.
“Dərnəgül” istiqamətində gedən qatarın qarşısına əks istiqamətdə hərəkət edən qatar çıxıb.
Xoşbəxtlikdən toqquşma baş verməyib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub