30 yaşlı Azərbaycan vətəndaşı Rusiyanın Tobolsk məhkəməsi tərəfindən 10 il müddətinə həbs edilib.
Mynews.az Rusiya KİV-ə istinadla xəbər verir ki, 2016-cı ilin aprelində Azərbaycan Respublikasının vətəndaşı oğurluq üstündə aldığı həbs cəzasını başa vurub və Tobolsk həbsxanasından azadlığa buraxılıb.
Azadlığa çıxdıqdan sonra o, Rusiyadan getməyib və qanunsuz formada Tobolskda yaşamağa davam edib.
2018-ci il iyunun 10-da kişi evlərdən birindən çıxan zaman polis tərəfindən saxlanılıb. Onun həmin binadakı poçt qutularına heroin qoyduğu müəyyən edilib.
Üzərinə baxış zamanı onun cibindən də heroin aşkarlanıb. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub