Bayılda sürüşmə ilə bağlı ətrafdakı obyektlərin fəaliyyəti dayandırılıb.
Mynews.az-ın məlumatına görə, bunu açıqlamasında Səbail rayon icra başçısının müavini Abit Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda təhlükəli ərazi müəyyənləşdirilir:
“Oktyabrın 3-dən ərazidə aktivlik var idi. Həmin gündən buraya nəzarət olunurdu. Ötən gecə aktivlik artıb və ərazidə ciddi yarğanlar yaranıb. Təhlükə olar deyə, əraziətrafı yollar bağlanıb və obyektlərin fəaliyyəti dayandırılıb ki, sürüşmə olarsa, həyati təhlükə olmasın”.
Abit Əliyev qeyd edib ki, təhlükəli ərazi müəyyənləşəndən sonra qərar veriləcək:
“Baş nazirin müavini Hacıbala Abutalıbov və digər rəsmilər əraziyə baxış keçirib. Saat 16:00 ərazi barədə qərar veriləcək”.
1
"Ermənistan azərbaycanlıların mədəni irsini məhv edib" - Prezident
438 dəfə oxunub
2
21 yaşlı qadın doğuş zamanı öldü
425 dəfə oxunub
3
Saytlardakı problemlə bağlı - RƏSMİ MƏLUMAT
418 dəfə oxunub
4
Bu şəxslər öldükdən sonra ailələrinə PUL VERİLƏCƏK
400 dəfə oxunub
5
Emin Əmrullayev Gürcüstanda görüşlər keçirib
359 dəfə oxunub