Azərbaycanda növbəti əfv verilib..
Mynews.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.
Millət vəkili, Əfv Məsələləri üzrə Komissiyanın üzvü Elmira Axundova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanmış ən geniş həcmlisidir:
"400-dən yuxarı şəxsə şamil oluna bilər. Son 1 il ərzində Əfv Komissiyası toplaşmamışdı, buna səbəb isə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən ilin 28 mayında verdiyi amnistiya aktı ilə bağlı idi. İşlər onun icrasına yönəlmişdi. Biz qərara gəldik ki, il ərzində yığılmış ərizələrə baxaq. Komissiyanın 8 iclası keçirildi".
***
Əfv Məsələləri Komissiyasının üzvü, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev azvision.az-a bildirib ki, prezidentin sərəncamı ilə 423 məhkum əfv edilib: "Sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib".
Qeyd edək ki, rəsmi mətbuat hələlik sərəncamı dərc etməyib. Bu səbəbdən əfvə düşənlərin siyahısı bəlli deyil.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub