Bakıda avtobusun sonuncu dayanacağında iki azyaşlı uşaq tapılıb.
Mynews.az bildirir ki, iddialara görə, qardaş-bacı olduğu bildirilən azyaşlılar valdeyinləri tərəfindən dilənçiliyə məcbur edilib.
Azyaşlılar oktyabrın 9-u gecə saat 12 radələrində 53 saylı avtobusun son dayanacağında tapılıblar. Daşıyıcı şirkətin əməkdaşları məsələ ilə bağlı polisə məlumat verib. Polis də uşaqları sığınacağa təhvil verib.
Uşaq sığınacağı reinteqrasiya mərkəzinin koordinatoru Vasif Akifli Xəzər Tv-yə müsahibə zamanı bildirib ki, uşaqların fiziki zorakılığa məruz qaldıqları ehtimal edilir. Onun sözlərinə görə, uşaqların bir- birlərinə qarşı ünsiyyətlərində aqresivliyin müşahidə olunması onların yaşadığı mühit barədə təəssürat yaradır. Görünür, onlar daim sərt və aqressiv münasibətə məruz qalıblar.
Vasif Akiflinin sözlərinə görə, uşaqlar Azərbaycan dilində demək olar ki, bilmir, ona görə də onlarla ünsiyyət qurmaq da çətindir. Hazırda uşaqların valideyinlərinin həm polis, həm də sığınacaq tərəfindən axtarşları davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub