Rusiyanın Volqoqrad bölgəsində Azərbaycan vətəndaşı Ramin Cəfərova hökm oxunub. Məhkəmə onu telefon dələduzluğunda günahkar hesab edib.
Mynews.az xəbər verir ki, məlumatda Cəfərovun 2017-ci ilin avqustundan 2018-ci ilin fevralınadək Rostov vilayətinin sakinlərinə, xüsusən də ahıllara zəng etdiyi bildirilib.
Özünü qohumu kimi təqdim edərək, pis vəziyyətə düşdüyünü və təcili pul lazım olduğunu deyib.
Dələduzun kartına 10 min rubldan 45 min rubladək (152 dollardan 686 dollaradək - red.) pul köçürülüb. Ümumi dəyən zərərin 165 min dollar (2500 dollar) olduğu bildirilib.
Məhkəmənin qərarı ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub