Badamdar şosesində baş verən sürüşmə zonasında aktivliyin dayanma vaxtı bilinmir.
Mynews.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gün ərzində müşahidələr davam etdirilir:
“Dünən sürüşmənin sağ və sol hissəsində xırda çatlar əmələ gəlmişdi. Sol qanaddakı çat genişlənib və gərginlik artıb. Axşam saatlarında yağış yağdı, torpaq kütləsi ağırlaşdı və üzərində uçqunlar baş verdi. Hazırda proses davam edir”.
Əziz Qaralov qeyd edib ki, sürüşmə prosesinin nə zaman dayanacağı bilinmir:
Kütlənin gərginliyi çıxana və torpaq qatı yerini alana kimi bu proses davam edəcək. Yaxın bir-iki ayda proses başa çata bilər. Evlərdə yox, hasarların divarlarında çatlar var. Mayaklar qoyulub”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub