Əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi “Canım sizə desin” proqramında aparıcı və qonaq qayda pozuntusuna yol verməyib.
Mynews.az-ın məlumatına görə, bunu açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.
Onun sözlərinə görə, onlar proqramda şou göstəriblər:
“Orada aparıcı və qonaq təpik atırlar. Bu, şoudur və qayda pozuntusu yoxdur. Bütün hallarda aparıcılar və iştirakçılar da cəmiyyəti qıcıqlandırıcı hərəkətlərdən qaçmalıdırlar. Burada, sadəcə, bayağı hərəkət edilib və biz bununla onlar barədə tədbir görə bilmərik”.
Təvəkkül Dadaşov qeyd edib ki, MTRŞ tərəfindən verilişlə bağlı bir ölçü götürülməyəcək:
“Onlar efirdə söyüş söysə, ədəbsiz jest etsəydilər, biz onunla bağlı tədbir görərdik. Aparıcı xaraktercə belədirsə, gələn qonağın səviyyəsi bu cür bayağıdırsa, biz nəsə deyə bilmərik.
Biz, sadəcə, bu cür verilişlərin səviyyəsinin qaldırmasını tövsiyə edirik. Bütün hallarda belə halların qarşısı gələcəkdə alınmalıdır”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub