Son üç ildə Azərbaycanda uzunqulaqların sayında beş minədək azalma baş verib.
Mynews.az-ın məlumatına görə, bunu Oxu.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatı düzgün deyil, uzunqulaqların sayının azalması beş mindən daha çoxdur:
“Azərbaycanda hansı əti yemək barədə heç bir göstəriş, hüquqi sənəd yoxdur. At, eşşək əti dönərxanalara, restoranlara, məktəblərə, bağçalara verilir və insanlar onu qəbul edirlər. Bir müddət əvvəl Ukraynadan saxta sertifikatla at ətinin ölkəmizə idxal olunduğu aşkarlandı. Fikrimcə, bu cür ətləri satanlar barədə Daxili İşlər Nazirliyi araşdırma aparmalı, cinayət işi açılmalıdır”.
Eyyub Hüseynov qeyd edib ki, birlik dövlət qurumları ilə birlikdə işləmək istəyir ki, insanlar at, eşşək ətini qida kimi qəbul etməsinlər:
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, ölkədə 2016-cı ildə 35 816 baş, 2017-ci ildə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq olub.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub