Dövlət Dəniz Agentliyindən Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz kömək istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinə məlumat daxil olub.
DSX-dən Mynews.az-a bildirilib ki, məlumat əsasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi dənizdə üzmə şəraitinin əlverişsiz olmasına baxmayaraq, dərhal həmin istiqamətə göndərilib.
Sərhəd gözətçi gəmisi 00:30 radələrində “Nazmehr” yük gəmisinə yan alaraq, yeddi nəfər ağır vəziyyətdə olan heyət üzvünü qəbul edib, ilkin tibbi yardım göstərməklə sahilə - Abşeron limanı istiqamətində hərəkət edib. Xəstələrə təcili tibbi yardımın göstərilməsi üçün limana həkim briqadaları cəlb olunub.
Bundan əvvəl Xəzər dənizindən icazəsiz balıq ovlayan şəxs saxlanılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub