“ASAN vəkil” bürolarına vəkillər axtarılır
![](https://img.mynews.az/news/2018/10/photo_54584.jpg)
Vəkillər Kollegiya ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə Bakı istisna olmaqla, Azərbaycanın rayon və şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərində vəkil büroları açılır.
Mynews.az xəbər verir ki, yaxın günlərdə həmin bürolardan ikisinin Sumqayıt və Şəki şəhərlərində açılması nəzərdə tutulub.
Vəkillər Kollegiyası Sumqayıt və Şəki “ASAN xidmət” mərkəzlərində təsis olunacaq vəkil bürolarında işləmək arzusunda olan hər birində iki nəfər vəkili bürolarda işləməsi üçün dəvət edir.
Büroların fəaliyyət istiqamətinə uyğun olaraq vəkillər yalnız aztəminatlı şəxslərə 20 dəqiqəyədək ödənişsiz şifahi hüquqi məsləhətlər verəcək, digər hallarda isə məbləği sərbəst müəyyən edilməklə müqavilələr əsasında məhkəmələr və digər təmsilçilik fəaliyyəti ilə məşğul ola biləcəklər.
Sumqayıt və Şəki “ASAN vəkil” bürolarında işləmək və büroların təsisçisi olmaq arzusunda olan vəkillər ən gec oktyabrın 20-dək öz istəklərini Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfova +994702167203 telefonu vasitəsilə bildirə bilərlər.
Qeyd olunur ki, seçimdə vəkilliyə yeni qəbul olunmuş üzvlərə üstünlük veriləcək.
Cəmiyyət
- Prezident generalı rektor TƏYİN ETDİ
- Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ
- Unun qiyməti qalxdı - VİDEO
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 1172 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 1096 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 1088 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 1086 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 1033 dəfə oxunub