Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər fenomenlikdən əziyyət çəkəcək.
Mynews.az-ın məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatında deyib.
Onun sözlərinə görə, əsas problemi sürətlə həll etmək, səbəbləri tapmaq və çıxış yolu hazırlamaq lazımdır:
“Bir çoxları ailələrin oğlan uşaqlarını çox istəməsini tarixlə bağlayırlar. Əgər bir ölkə müasirliyə doğru addım atırsa, niyə bu problem hələ də qalır? Bu kimi hallara qarşı cəza tədbirləri olsa belə, insanlar müxtəlif həll yolu tapacaqlar”.
Aİ rəsmisi qeyd edib ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir:
“Odur ki, inkişaf etmiş ölkələrdə, eləcə də, Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər fenomenlikdən əziyyət çəkəcək. Cinsi tarazlığın pozulması sonda insan alverinə gətirib-çıxarır. Problemi gizlətməyə ehtiyac yoxdur. Açıq-aşkar danışıb problemi hansı formada həll etməyin yollarını tapmaq vacibdir. Avropa İttifaqı olaraq əlimizdən gələni edəcəyik ki, tarazlıq əldə olunsun”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub