Xərçəngdən əziyyət çəkən ATV-nin aparıcısı Zülfiyyə Bayramova yenidən xəstəxanaya yerləşdirilib.
Mynews.az-ın məlumatına görə, bu haqda o, özü xəbər verib. Zülfiyyə bildirib ki, xəstəliyi tez-tez ağırlaşır:
"Xəstəliyim çox qısqancdır. Görəndə ki, işimdə-gücümdəyəm, əzizlərimin əhatəsindəyəm və bunu heç saymıram, başlıyır özünü göstərməyə. Deyir, mən də varam, mənə vaxt ayır. Məcburən dünənimi onunla keçirdim.
İndi isə evə gedirəm və yenə də əzizlərim, sizinləyəm. Həmişəki kimi sizin sabahınızı bax bele gülər üzlə salamlayıram. Şükür Allaha ki, bizə gözəl günlər nəsib edir".
Qeyd edək ki, İlqar Mikayıloğlunun həyat yoldaşı olan Zülfiyyə mədə xərçəngindən əziyyət çəkir.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub