Azərbaycanda gələn ilin yaşayış minimumu artırılır.
Mynews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi zərfində deyilir.
“Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən ediləcək.
Qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.
Bundan başqa, “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində olacaq.
Xatırladaq ki, 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manatdır.
1
"Məlhəm Hospital"da yoxlama - Direktor cəzalandırıldı
515 dəfə oxunub
2
Bu ərazilərə qar yağır
461 dəfə oxunub
3
Azərbaycanda müəllim qızını xilas edərkən kanalda boğulub öldü
456 dəfə oxunub
4
Azərbaycanda daha bir bayram günü İŞ OLMAYACAQ
442 dəfə oxunub
5
"Lotu Quli"nin yaxın adamını öldürən şəxsin cəzası azaldıldı
425 dəfə oxunub