Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.
DMX-dan Mynews.az-a verilən xəbərə görə, görüşdə V. Hüseynov Xidmətin fəaliyyət istiqamətləri, qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, eləcə də vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə bu kateqoriyadan olan şəxslərə, onların ailə üzvlərinə hər zaman diqqət və qayğı göstərilir.
Xidmət rəisi Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında mövcud səmərəli əlaqələr nəticəsində əldə edilən nailiyyətləri güclənən əməkdaşlığın göstəricisi olduğunu diqqətə çatdırıb.
Səmimi görüşə görə Xidmət rəisinə minnətdarlığını bildirən BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso iki qurum arasında əlaqələrin müvəffəqiyyətlə davam etdirməsinin zəruriliyinə toxunub, vətəndaşsızlıq hallarının aradan qaldırılması, qaçqın statusu almış şəxslərin cəmiyyətə uğurlu inteqrasiyası istiqamətində BMT QAK ilə DMX-nin birgə fəaliyyətinin davamlı olacağına əminliyini ifadə edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub