Bu ayın 8-də İstanbulda saxlanılmış, 18-də azad edilmiş, 22-də isə yenidən tutuqlanmış "Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun barəsində yeni məlumatlar var.
Mynews.az Musavat.com-a istinadən xəbər verir ki, "Quli" İstanbula yerləşdikdən sonra rəsmi qaydada soyadını dəyişməklə yeni sənədlər əldə edib. Yeni sənədində o, soyadını "İsmayılov" kimi qeyd etdirib.
22,5 il Azərbaycanda həbsdə yatmış, barəsində minlərlə yazı yazılmış "Quli"nin bu addımı atmasının səbəbi, güman ki, beynəlxalq marşrutlarda hərəkət edərkən, bir ölkədən başqa ölkəyə keçərkən sərhədlərdə problem yaşamamasını istəməsi üzündən olub.
Nadir İsmayılovun sənədindəki bu yenilik onun oktyabrın 18-də İstanbul 2-ci sülh-cəza məhkəməsində aparılan mühakiməsi zamanı bəlli olub.
Onun məhkəməyə verdiyi ərizədə ad-soyadı "Nadir İsmayılov" kimi qeyd olunub. Nadir İsmayılovun vəkili Emin Canacankatan müvəkkilinin dərhal azad edilməsi üçün ərizə verib və ayın 18-də N.İsmayılov sərbəst buraxılıb.
İndilikdə N.İsmayılovun oktyabrın 22-də yenidən saxlanılmasının səbəbi bilinmir.
Ancaq böyük ehtimalla bu, əvvəlki ittihamlarla bağlıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub