Yanvar-sentyabr ayları ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, habelə qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 231 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.
Mynews.az xəbər verir ki, ümumilikdə, ötən müddətdə Dövlət Miqrasiya Xidmətinə 8282 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən 9 ayda olduğu yer üzrə qeydiyyatla bağlı 7447 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 3008-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib.
Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri də həyata keçirilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub