Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə “Chevrolet Aveo” markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub.
Dövlət Gömrük Komitəsindən Mynews.az-a verilən məlumata görə, BBGİ-nin əməkdaşları Bakı şəhəri “Nizami” metro stansiyası yaxınlığında dayanmış avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerinə vizual baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində sellofan paketlərin içərisində aksiz markası olmayan siqaretlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə ətraflı gömrük baxışı keçirilməsi üçün BBGİ-nin inzibati binasına gətirilib.
Hal şahidlərinin də iştirakı ilə keçirilən baxış zamanı avtomobilin yük yerindən üzərində aksiz markası olmayan, qara sellofan paketə bükülmüş “Esse Spesial Gold” yazılmış 400 qutu siqaret, üzərində “Captain black” yazılmış 269 qutu siqar, üzərində “Skandinavik 50g” yazılmış 10 qutu qəlyan tütünü, üzərində “Holland house” yazılmış 15 qutu qəlyan tütünü və üzərində “Milano-London” yazılmış 10 qutu siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub