Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Mynews.az -a açıqlamasında bildirib ki, oktyabr ayının 30-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin ayın 31-də şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq".
Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-22, mərkəzi Aran rayonlarında 18-23, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti müşahidə olunacaq".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub