Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov parlamentdə "İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza" adlı konfransda deyib.
O bildirib ki, miqrasiyanın əhatəsinin böyük olması müəyyən cinayətkar qruplar üçün qeyri-qanuni yolla gəlir əldə etməyə imkanlar yaradır: "Qanunsuz miqrant qaçaqmalçılığı dediyim anlayış bu gün dünyada bir reallıqdır. Biz mediada, beynəlxalq tədbirlərdə bununla bağlı müzakirələrin getdiyini izləyirik. Xüsusən Şimali Afrikadan Avropaya, Asiyadan Avropaya və digər istiqamətlərə olan axınların olmasını görürük. Biz bu sahədə olan prosesləri, tendensiyaları ölkəmizdə də müşahidə edirik və bunun qarşısının almasına səy göstəririk".
DMX rəisi vurğulayıb ki, Azərbaycan bu sahə ilə bağlı bütün beynəxlaq sənədlərə və konvensiyalara qoşulub: "Bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılması, demək olar ki, tam yekunlaşıb. Bu gün bizim həm cinayət, həm miqrasiya qanunvericiliyimiz təkmilləşdirilib. Eyni zamanda, ölkə başçısının verdiyi fərman və sərəncamlar da imkan verir ki, insan alverinə qarşı mübarizədə sağlam mühit olsun. Bu gün ölkəmizdə iki əsas qurum bu prosesdə iştirak edir: Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti. Bundan əlavə, digər qurumların da bu işdə birgə iştirakı vacibdir".
V.Hüseynovun sözlərinə görə, Dövlət Miqrasiya Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri ölkədə olan miqrasiya proseslərinə tənzimləməni həyata keçirməkdir: "Biz ölkəmizə məqsədli şəkildə, qeyri-qanuni yollarla miqrasiya axınını təşkil edən cinayətkar qrupların aşkar olunması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir. Xoş bir haldır ki, statistik rəqəmlərə baxsaq, ölkəmizdə bu rəqəmlərin miqyası geniş deyil. Ancaq hesab edirəm ki, bu elə bir məsələdir ki, burada hər hansı bir siqnal böyük təhlükənin xəbərdarlığı ola bilər".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub