Azərbaycanda insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə aparılmasına başlandığı 2004-cü ildən indiyə qədər görülmüş qətiyyətli tədbirlərlə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, həmin müddətdə 1321 cinayət və 900-ə yaxın qurban aşkarlanıb, 538 şəxs məhkəmə məsuliyyətinə verilib.
Mynews.az məlumat verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov Milli Məclisdə “İnsan alveri və qaçaqmalçılığa çoxsahəli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik və operativ baza” adlı konfransda deyib.
H.Heydərov bildirib ki, dünyanın əksər ölkələrində baş verən maliyyə böhranı, silahlı münaqişələrin coğrafiyasının böyüməsi, ucuz işçi qüvvəsinə olan tələbatın artması və tənzimlənməyən miqrasiya axınının genişlənməsi insan alveri ilə bağlı cinayətlərin artmasında xüsusi rol oynayır. Bütün bunlar isə insan alverini kriminal şəbəkə üçün daha əlverişli və cəlbedici edir.
O qeyd edib ki, Azərbaycanda insan alverinə və qaçaqmalçılığa qarşı mübarizə istiqamətində çox ciddi addımlar atılır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub