Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu Kürdəxanı gölünün ətrafına məişət tullantılarının atılması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin Mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı faktı təsdiqini tapıb.
Faktla bağlı əraziyə cavabdeh Kürdəxanı Bələdiyyə sədri Pərviz Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.
Tullantıların ərazidən təmizlənməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. ETSN-nin əməkdaşlarının nəzarəti ilə ərazi tullantılardan təmizlənib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub