Xəbər verdiyimiz kimi, ölkə başçısı Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovu tutduğu vəzifədən azad edib.
Mynews.az xəbər verir ki, unikal.org 19 il Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovun dəyəri milyonlarla ölçülən Azərbaycandakı mülkləri ilə bağlı maraqlı araşdırma edib. Məlum olub ki, eks rektorun təkcə Bakıda yaşaması üçün tikdirdiyi villaların sayı 6, külli miqdarda gəlir qazanması üçün restoran və şadlıq saraylarının sayı 2-dən çoxdur.
Binəqədidə Varovski deyilən ərazidə iki villası;
Quba rayonunda – 1 villası;
Xızı rayonunda – 1 villası;
Nabranda – 1 villası;
Şüvəlan qəsəbəsində – 1 villası;
Mərdəkan qəsəbəsində – 1 villası;
Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində - 1 villası;
Nərimanov rayonunda yerləşən – "Monaliza” şadlıq sarayı;
8 mikrorayonda restoranı.
Bununla belə paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda mənzilləri mövcuddur. Təkcə N.Nərimanov heykəlinin yanında mənzilinin dəyəri 1 milyon manatdan yüksəkdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub