Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsində təqsirləndirilən Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov azadlığa çıxıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, N.Orucov bu gün saxlanıldığı 16 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Onun həbs müddəti başa çatıb.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Orucov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmənin hökmü ilə iş üzrə digər təqsirləndirilənlər - Miryusif Mahmudov 8 il, Ələkbər Əsgərov 4 il, Uğur Bəşirov 5 il, Qəzənfər Novruzov və Ədalət Rəcəbov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub