Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov təqaüdə çıxıb.
Mynews.az xəbər verir ki, bu barədə Mia.az-a açıqlama verən Tofiq Zeynalov hazırda istirahət etdiyini deyib:
"Qoca kişiyəm, hazırda təqaüddəyəm. Allah prezidentimizə can sağlığı versin. İşdən çıxardı, pensiyaya çıxdım. Öz torpağım var. Orada işlərim var onu görürəm. Üzümçülüklə məşğulam, böyük alma bağım var.
Boş vaxtlarımda xarici televiziyaları izləyirəm. Rusiya kanalllarını, "Euronews"u izləyirəm. Dünyada baş verən proseslərlə maraqlanıram.
Öz televiziyalarımızda nəzərdə tutduğum verilişlərə baxıram. Bizim kanallarda şoular çoxdur. Bu haqda danışmaq istəmirəm. Bilirəm ki, danışsam, Zaurun, Xoşqədəmin dilində qalacam".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub