Bakı Ağır Cinayətlər Məhkəməsində seksual xarakterli hərəkətlərdə ittiham olunan Həsənxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, H.Məmmədov 14 il müddətində azadlıqdan məhrum edilib.
İttihama görə, H.Məmmədov qonşusu 12 yaşlı Rəşad Hümbətovu (ad-soyad şərtidir) aldadaraq, qonşuluqdakı qeyri-yaşayış sahəsinə apararaq, orada ona qarşı seksual xarakterli hərəkətlər edib.
H.Məmmədova qarşı Cinayət Məcəlləsinin 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub