Badamdar sürüşmə sahəsində tədqiqat işləri aparmaq üçün qrafik tətbiq olunub.
Bunu oxu.az-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli bildirib.
Onun sözlərinə görə, tərtib olunan qrafikə uyğun olaraq iş aparılır:
“Tədqiqat işlərinin nəticəsi olaraq sürüşmə zonası ilə bağlı layihə tərtib olunacaq və Nazirlər Kabinetinə göndəriləcək. Hələlik ərazidə vəziyyət tam stabildir”.
Təyyar Hüseynli qeyd edib ki, sürüşmə zonasındakı aparılan tədqiqat işləri 4-5 ay vaxt aparacaq:
“Kiminsə köçürülməsi məsələsi ortaya qoyulmayıb. Sürüşmə sahəsində yuxarı hissədə yerləşən fərdi təsərrüfatların bəzilərində yaşayış var və onlara həmin evlərdə müvəqqəti olaraq yaşamamaq məsləhət görülüb”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub