Mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az oxu.az-a istinadən verdiyi xəbərə görə, Binəqədi Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən O.Nadirovun vəkili Hüseyn Eynullayev müdafiə nitqi ilə çıxış edib.
Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib:
“Eyni zamanda, Orxan Nadirov məhkəmədə səmimi ifadələr verib və bu işin obyektiv araşdırılmasına öz etirafedici ifadələri ilə bir növ kömək göstərib. O, əməlindən peşmandır”.
Vəkil bu halları nəzərə almaqla, məhkəmədən O.Nadirov barəsində həbslə bağlı olmayan hökm verilməsini xahiş edib.
O. Nadirov söz deyərək, əməlindən peşman olduğunu bildirib.
Sonra hökm oxunub.
Hökmə əsasən, O.Nadirov barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
O, 1000 manat məbləğində cərimə olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub