Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda baş verən erməni təxribatı “Emireyts” arenasında və oyundan sonra stadion ətrafında gərgin vəziyyətin yaranmasına yol açıb.
Mynews.az xəbər verir ki, oyunun keçirildiyi meydana əlində qondarma “Dağlıq Qarabağ Respublikasının” bayrağını tutan erməni azarkeş çıxıb.
Stadionun mühafizəçiləri dərhal onu meydandan kənarlaşdırıblar.
Bundan sonra sosial şəbəkələrdə azərbaycanlı azarkeşlərin stadionu tərk edən erməniləri ələ saldığını, xüsusilə qondarma rejimini bayrağını daşıyan erməni azarkeşlərindən birinin ünvanına təhqir və məsxərə dolu ifadələr işlətdiyini görmək olur. Onlar deməyə söz tapmayıb, qorxularından sakit şəkildə yollarına davam ediblər.
“Qaçın burdan!”, - deyə azərbaycanlı azarkeşlər car çəkiblər.
Öz növbəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qeyd edib ki, belə hərəkəti yalnız qorxaqlar edirlər.“Bu hərəkəti edən adam qorxub sonra qaçmamalı idi. Yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar”, - deyə o bildirib.
Xatırladaq ki, “Arsenal” - “Qarabağ” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 16-cı dəqiqədə Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub