Ötən gün Şəmkir rayonunda əmisinin gəlininə sataşdığı iddia olunan Elşad Həsənovu döyən həmkəndlisi Əli Həsənov saxlanılıb.
Mynews.az xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.
O bildirib ki, Elşad Həsənovu döyərək işgəncə verməkdə şübhəli bilinən həmkəndilisi Əli Həsənov saxlanılıb:
“Şəmkir rayonu Seyfəli kənd sakini Elşad Həsənovun həmkəndlisi Əli Həsənov və qardaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə Şəmkir RPŞ-nə onun qardaşı Rəşad Həsənov tərəfindən müraciət daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb. Faktla bağlı CM-nin 133.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədilən) maddəsi ilə cinayət işi başlanılıb.
Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əli Həsənov saxlanılıb. Hadisənin digər iştirakçılarının müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Qeyd edək ki, E.Həsənov əmisi oğlu Həsənov Əli Fərhad oğlunun həyat yoldaşı Ocaqverdiyeva Nurlana Zabit qızı ilə münasibətdə olub.
Hadisədən xəbər tutan Ə.Həsənov qardaşları Asiman Həsənov və Ruslan Həsənovla birlikdə dekabrın 12-də rayonun Çaylı kəndindən Yeni Həyat kəndi istiqamətində olan avtomobil yolunda E.Həsənovun idarə etdiyi avtomobili saxlatdıraraq onu avtomobildən düşürüblər.
Daha sonra qardaşlar E.Həsənovu döyərək əynindəki paltarları soyundurub, onu videoya çəkiblər və Seyfəli kəndində küçədə düşürüblər.
Könül Cəfərli
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub