Ötən gün Sumqayıt şəhərində 20 yaşlı qız evində ölüb.
Bu barədə Sumqayıt şəhər Prokurorluğundan Mynews.az-ə verilən məlumata görə, hadisə köhnə Corat qəsəbəsi, ev 428 ünvanında baş verib.
Həmin ünvanda yaşayan 1998-ci il təvəllüdlü Günel Əlibaba qızı Dövlətzadə çimmək üçün hamama girib. Bir müddət sonra onun anası qızından səs gəlmədiyini görüb. Qapını açdıqda Günel Dövlətzadənin meyitini tapıblar.
Hadisə barədə polisə məlumat verilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Meyitin müayinəsindən sonra ölümün səbəbi məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub