Ali Məhkəmədə nəvəsinin ölümündə təqsirləndirilən Xatirə Mehdiyevanın barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmişin hüquqi varisinin kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, 1980-ci il təvəllüdlü, Tovuz rayon sakini X.Mehdiyeva 7 fevral 2018-ci il tarixdə, səhər saat 09:00 radələrində qızı Nübar Babayevanın yeni doğulmuş uşağına yaşadıqları Xırdalan şəhəri, “Kristal Abşeron” yaşayış kompleksi, bina 5A, mənzil 15 ünvanında yerləşən qonaq otağında yemək verib.
Sonra isə, o, divanın qarşısında yerə oturaraq ayaqlarının üstündə uşağı yatırtmaq istəyib. Ancaq uşaq yatmayaraq ağlamaqda davam edib. Nənə nəvəsinin ağlamasından əsəbiləşib və əsəbi halda ayağa qalxıb, özü də bilmədən uşaq ayaqlarının üstündən döşəməyə yıxılıb. Körpə təxminən beş dəqiqə üzü üstdə yerdə uzanmış halda qaldığından ölüb.
Abşeron rayon prokurorluğu tərəfindən Xatirə Mehdiyevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə X.Mehdiyevanın barəsində 1 il 4 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Hökmdən narazı qalan zərərçəkmişin hüquqi varisi, uşağın atası Ağasəf Babayev apellyasiya şikayəti verib.
O, apellyasiya şikayətində X.Mehdiyevanın barəsindəki hökmün ləğv edilərək təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cəzalandırılması barədə qərar qəbul edilməsini istəyib.
Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. Daha sonra o, Ali Məhkəməyə müraciət edib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub