Xabarovsk məhkəməsi Rusiyada pauerliftinq üzrə dünya və Avropa çempionu olan Andrey Draçevi qətlə yetirən Anar Allahverənovla bağlı qərar çıxarıb.
Mynews.az “Ren” TV-yə istinadən xəbər verir ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə son sözlə çıxış edən Allahverənov dünya çempionunun ailəsindən üzr istəyib.
Məhkəmə onu Draçevin ölümündə təqsirli bilib.
“Məhkəmə Allahverənov Anar Əliyar oğlunu xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilib və onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib”, - hakim bildirib.
Xatırladaq ki, 20 avqust 2017-ci ildə Xabarovskda yerləşən kafelərin birinin qarşısında Draçovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında dava düşüb. İstintaq versiyasına görə, təqsirləndirilən şəxs zərərçəkənin baş və bədən nahiyəsinə azı 21 yumruq və təpik zərbəsi endirib.
Zərbələrdən sonra zərərçəkən aldığı travmalardan yerə yıxılıb və huşunu itirib. Təqsirləndirilən şəxs yerdə beliüstə uzanan zərərçəkənin baş nahiyəsinə daha beş zərbə endirib. Aldığı xəsarətlərdən idmançı xəstəxanada dünyasını dəyişib.
Məhkəmə hadisədən bir ay sonra polisə təslim olan A.Allahverənov barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Məhkəmədə onun maraqlarını dörd vəkil müdafiə edib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub