"2019-cu ildə pensiyaya çıxacaq şəxslərin 70 faizinin pensiya təminatı avtomatlaşdırılmış formada həyata keçiriləcək".
Mynews.az "Report"a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah" mövzusunda keçirdiyi beynəlxalq elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, 2019-cu ildən Azərbaycanda pensiya yaşı tamam olan, pensiya hüququ qazanan şəxslərin 70 faizi heç bir sənəd toplamadan, heç bir idarəyə getmədən doğum günündə pensiya təyinatı alacaqlar: "Ya sms, ya email, ya da məktub vasitəsilə onlara bu barədə məlumat veriləcək. Onlara pensiyalarının məbləği, hansı bankdan kartlarını götürə biləcəkləri barədə məlumat veriləcək. Gələn il digər 30 faiz güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlı da qanunvericilik bazasının hazırlayacağıq".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub