Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC-nin yeni ilin astanasında sərnişinlərinə təqdim etdiyi bayram sürprizlərindən biri də konsert proqramı olacaq.
Qurumdan Mynews.az-a verilən məlumata görə, bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək.
Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqlarının bayram ovqatını yüksəltməkdir.
Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib.
Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən "İçərişəhər", "Sahil", "28 May", "Elmlər Akademiyası" stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:
"İçərişəhər" stansiyası - 11:00 - 12:30
"Sahil" stansiyası - 12:00 - 13:30
"28 May" stansiyası - 13:00 - 14:30
"Elmlər Akademiyası" stansiyası - 14:00 -15:30
Qeyd edək ki, bundan əvvəlki illərdə də Bakı metrosunda bayram günlərində sərnişinləri müxtəlif sürprizlərlə sevindirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub