Bakının Nobel prospektində yolun hərəkət hissəsində çökmənin səbəbi müəyyənləşib. Araşdırmalar nəticəsində məlum olub ki, yolun altından qrunt suları axır.
Mynews.az-ın xəbərinə görə, “Real TV” yerin 25-30 metr dərinliyindəki su axıntısının görüntülərini əldə edib.
Hazırda həmin yerdə “Azərsu” ASC-nin mütəxəssisləri işləyir.
Prospektin şəhərin mərkəzinə doğru olan hissəsində hərəkət zolaqlarından ikisi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları da hadisə yerində işləyirlər.
Prospektdə avtomobillərin hərəkətinin tam bərpa olunacağı vaxt hələlik məlum deyil.
İlkin məlumata görə, “Azərsu” ASC-nin əməkdaşları həftənin sonunadək işlərini başa çatdırmalıdırlar. Bundan sonra yolun çökən hissəsinin bərpasına başlanılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub