"Mətbuatda hökumətin hesabatı barədə ürəkbulandıran məlumatlar yayıldı. Dedilər ki, guya, bu, Baş nazirin sonuncu hesabatıdır və o istefaya gedəcək”.
Modern.az saytının xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Yevda Abramov deyib.
"Xalq prezidenti, Baş naziri, Milli Məclisin sədrini sevir. Buna görə də, Baş nazirlə bağlı yayılan məlumatlar düzgün deyil”-deyə o, bildirib.
Yevda Abramov xatırladıb ki, İsraildə "buldozer” ləqəbli baş nazir (Ariel Şaron-red.) var idi:
"Allah ona qəni-qəni rəhmət eləsin. Artur müəllim onun torpağısan (ifadə deputata aiddir-red.)yaşasın”.
Deputat bununla bildirib ki, hökumətin 2016-cı ilin fəaliyyətinə dair hesabatı daha yaxşı hazırlana bilərdi.
"Mən yenə də başıbatmış xarici valyuta ilə bağlı danışacağam. Bu yaxınlarda Qubaya getmişdim. Orada dollar alveri edənlər var idi. Yalandan dedim ki, 1000 dollarım var, dedi ki, 1 manat 70 qəpikdən ala bilər. Amma satışı çox baha idi. Görün nə qədər fərq var?
Samir müəllim, Elman müəllim, biz başa düşməliyik ki, maliyyə problemləri var. Alışla satış arasında kəskin fərq var. Biz bununla xalqın belini qırırıq. Bütün bunlara son qoymaq lazımdır. Bir qədər əvvəl hüquq-mühafizə orqanları dollar satanları tutdular. Nə dəyişdi? Heç nə! Mən bunları deməliyəm, problemlər həll olunmasa, gələcək hesabatlar daha da pis olar!”-deyə Y.Abramov bildirib.
Yevda Abramov rayonlarda da infrastrukturun inkişaf etdirilməsinin vacibliyini vurğulayıb:
"Bakıda "Sovetski” sökülür, yerində nəsə tikilir. Bəs rayonlarda kim tikəcək?”.
Yevda Abramov bəzi deputatları da təndiq edib:
"Durub bəzi deputatlar mətbuata deyir ki, Azərbaycanda 6 vitse-prezident olacaq. Bəziləri də deyir ki, vitse-prezidentlərin sayı 2 olacaq. Haradan bilirsiniz? Bununla bizim kadrları vurmaq istəyirsiniz?”.
Parlament üzvü xatırladıb ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin Rusiya mediasında çıxışlar edir.
"Amma mən görmədim ki, bizdə maliyyə "tri-o”larından kimsə çıxıb çıxış etsin”.
Milli Məclis sədri Oqtay Əsədov Yevda Abramovun deputatlarla bağlı fikrinə münasibətində bildirib ki, bəzi deputatlar az qala münəccəmlik edir.