Türkiyədə sevgilisi tərəfindən 55 bıçaq zərbəsi ilə öldürülən 24 yaşlı Qənirə Cabbarovanın cəsədi dəfn olunması üçün Azərbaycana göndərilib.
Mynews.azTürkiyə KİV-ə istinadən xəbər verir ki, onun doğulduğu Gəncə şəhərində torpağa tapşırılacağı bildirilib.
Xatırladaq ki, yanvarın 3-də Qənirə 24 yaşlı sevgilisi Halil Acar ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub.
Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər. Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub. Halil Acar qəsdən adam öldürmə maddəsi ilə ittiham edilərək, həbs olunub.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub