Bilet və orada qalmaq üçün xərcləri özüm çəkmişdim. Ora axın çox olduğu üçün bunu özümüz etməli olduq.
Mynews.az xəbər verir ki, bunu "O səs Türkiyə"dən qovulması ilə bağlı danışarkən əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu "Hər şey daxil"də deyib.
Prodüser-aparıcı Tarix Əliyev (Tolik) Emilin Elgizin aparıcısı olduğu "Səhər-Səhər" proqramında müsabiqənin şərtlərindən kənara çıxdığı üçün yarışdan kənarlaşdırıldığını bildirib.

Emil "Elgiz sual verdi ki, hansı münsif ifana döndü? Mən də dedim Seda Sayan" sözləri ilə müsabiqənin gizlilik prinsipini pozduğunu etiraf edib.
Tolik isə Emilin yarışdan kənarlaşdırılmasında əsas günahkar kimi Elgizi göstərib:
"Birgünlük özünüzü reklam etməklə insanın bəlkə də xəyalları olan bir şeyi əlindən aldınız. Onsuz da, həmin gün verlişiniz reytinq vermədi. Ondan qabaq Emil mənim verilişimdə qonaq idi. Bəs mən onu niyə soruşmadım efirdə Emildən?!
Emili istəməyənlərdən biri verilişdən onun dediyini götürüb göndərib "O səs Türkiyə" təşkilatçılarına. Onlar da Emili oradan uzaqlaşdırıblar, biləsiniz. Məndə səs yazısı var".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub