Tanınmış idmançı Araz Musayev psixoloq Nərmin Şahmarzadəni yenidən məhkəməyə verib.
Mynews.az azxeber.com-a istinadən bildirir ki, bu haqda azxeber.com-a idmançı özü bildirib. O deyib ki, məhkəmə 22 yanvar saat 15:00-a təyin olunub.
İdmançı iddia ərizəsində Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etdiyini və buna görə cəzalanmasını istəyib.
Araz Musayev Nərmin haqda Cinayət Məcəlləsinin 147 və 148 (təhqir, böhtan) maddələri ilə cinayət işinin başlanılması istəyib.
Bundan əlavə 283-cü maddə (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 274-cü maddə (dövlətə xəyanət) və 276-cı maddə (Casusluq) ilə də cəzalanması ilə bağlı müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilib.
Prosesə Xətai Rayon Məhkəməsində baxılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub