Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyev məhkəmədə ifadə verməsi ilə bağlı mətbuatda yayılan informasiyalara münasibət bildirib.
"Report"un xəbərinə görə, Rasim Quliyev bildirib ki, hüquqi demokratik dövlətdə bütün problemlər hüquqi müstəvidə həllini tapmalıdır.
“Məhkəmə hüquqi dövlətin dayaqlarından biridir. Hər bir vətəndaşın və məmurun borcu hüquqi dövlətin önəmli qurumlarından biri olan məhkəmənin suallarını cavablandırmaqdır. Mən çalışdığım zamanda da şahid qismində məhkəmənin suallarını cavablandırmaqdan heç vaxt çəkinməmişəm və bir vətəndaş olaraq da lazım gəldiyi zaman, indi də məhkəmənin istənilən suallarını cavablandırmağa hazıram. Haqqında sözü gedən məsələyə gəldikdə, bildirmək istəyirəm ki, bu, birbaşa bizə aid olmayan məsələ idi və məhkəməni maraqlandıran suallar aydınlaşdırıldı ”, - sabiq aparat rəhbəri qeyd edib.
Bakı. 14 yanvar. REPORT.AZ
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub