Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib.
Mynews.az "Report”a istinadən xəbər verir ki, rayonun Ələsgərli kənd sakini 43 yaşlı E.Z. özünə bıçaqla xəsarət yetirdiyi üçün xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı onun həmkəndlisi 28 yaşlı qadınla mesajlaşdığı səbəbindən qadının əri 35 yaşlı Fariz Əliyev, qardaşları Ramin və Ruslan, əmisi oğlanları Zamin və Bəkirlə birlikdə E.Z.-nı çay kənarına apararaq döymələri, şəxsiyyətini alçaltmaları, əl-qolunu bağlayaraq avtomobilin yük yerinə qoymaları məlum olub. E.Z. daha sonra cibində olan bıçaqla özünə xəsarət yetirərək həmin şəxslərin əlindən xilas ola bilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub