Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanda əksini tapıb.
Fərmana əsasən, həmin qurumların xidmətləri yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Belə ki, bundan sonra notariusların həyata keçirdiyi dövlət xidmətləri Bakı şəhərində, habelə "ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub