Türkiyədə yaşayan Əməkdar artist Məlahət Abbasova aparıcı Vüsalə Səid Əyyubqızını fırıldaqçılıqda ittiham edib.
Mynews.az Baku.ws-ə istinadən xəbər verir ki, buna səbəb aparıcının təşkil etdiyi "Sinemanın kral və kraliçesi" yarışmasıdır.
Belə ki, aparıcı ötən il Türkiyədə baş tutan layihənın Azərbaycan üzrə təşkilatçısı olub. O, seçim turu keçirərək iki gənci Türkiyəyə aparıb.
Bu il isə hər il Türkiyədə "Bonne Vie" jurnalının təşkil etdiyi “Sinema güzeli” yarışmasının Bakıda seçim turu keçiriləcək və layihə rəhbəri aparıcı Aysel Nazim olacaq.

Bakı seçimləri ilə bağlı münsif olan Əməkdar artist Anar Heybətov gecə ilə bağlı paylaşım edib. Onun statusuna Məlahət Abbasova şərh yazaraq ötən il gənclərin aldadıldığını bildirib:
"Keçən il də olmuşdu. İndi haradadırlar? Onlardan xəbər var? Bildiyim qədər müsabiqəyə qatılanlardan pul alırlar, yalandan insanlara ümid verirlər. Bunu heç kimə məsləhət görmürəm. Mən Türkiyədə yaşayıram. Burada kifayət qədər yeni simalar var. Gəncləri aldadırsınız".
Aysel Nazim isə Məlahət Abbasovaya belə cavab verib:
"Keçən il olan biz deyildik və onlar insanları aldatmışdılar. Bununla bağlı bu gün yütərincə toplantımız oldu. Bu sözləri o şəxsə yazın".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub