Paytaxtın Binəqədi qəsəbəsi, eləcə də Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Mynews.az-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
A.Cəbrayıllı bildirib ki, içməli suyun verilməsində yaranacaq fasilələr magistral xətlərdə aparılacaq işlərlə bağlıdır:
“Magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün ərzində Saray və Ceyranbatan qəsəbələrinə, həmçinin, Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub