“Xəzər” Televiziyasının səhər proqramı “Xəzər səhər”in aparıcılarından olan İlhamiyyə Rza efirdə biabırçı səhv buraxıb.
Mynews.az xəbər verir ki, canlı efirdə çərşənbələrin tarixindən söz açan aparıcı ilk ilaxır çərşənbə olan “su çərşənbəsi”nin 26 fevral tarixinə təsadüf etdiyini deyir. Lakin aparıcı həmin tarixin “Xocalı soyqırımı”nın ildönümü ilə eyni günə düşdüyünü unudaraq, həmin günü səbirsizliklə gözlədiyini deyir, hamını bu günü sevincək gözləməyə səsləyir:
“Tamaşaçılara sevincək olaraq deyirəm ki, hazırlaşın, düz 25 gündən sonra fevralın 26-da ilk çərşənbəni qeyd edəcəyik. Su çərşənbəsi olacaq. İndidən hazırlaşın. Vaxtı tələsdirin, vaxtı tezləşdirin”.
Daha bir maraqlı məqam isə da odur ki, verilişin digər aparıcısı, məşhur şair və aparıcı, İlhamiyyə Rzanın həyat yoldaşı Həmid Herisçi də həmkarının bu səhvini düzəltmir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub