Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonunda reyd keçirib.
Mynews.az report-a istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsində antisanitar vəziyyətdə kustar üsulla hazırlanaraq qablaşdırılan küllü miqdarda süd və süd məhsulları aşkar edilib.
Məlum olub ki, vətəndaş Nicat Həmidova məxsus REAL QRUP MMC-yə məxsus müəssisədə "Qazax" kənd məhsulları adı altında süd və süd məhsulları istehsal olunur. Hazır məhsullar isə gizli yolla kənd təsərrüfatı malları yarmarkalarında satışa çıxarılır.
Reyd zamanı müəssisədə "Hilal su" adı altına satışa çıxarılan hazır sular da aşkarlanıb.
Qeyd edək ki, araşdırmaların yekunu olaraq müəssisənin fəaliyyətinin məhdudlaşdırılacağına dair qərar qəbul ediləcək.




















1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub