Bu gün səhər saatlarında "ARB Media Qrup"a daxil olan tematik musiqi kanalı "ARB Ulduz"un peyk vasitəsi ilə yayımının dayanması müşahidə olunub.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli Azxeber.com-un suallarını cavablandırıb.
- Bu gün səhər saatlarından etibarən "ARB Ulduz"un peyk vasitəsilə yayımının olmadığı müşahidə edilir. Bu hansısa texniki problemlə bağlıdır?
"Xeyr, texniki problemlə bağlı deyil. "ARB Ulduz" telekanalının peyk vasitəsilə yayımının birdəfəlik dayandırılması qərarı qəbul edilib".
- Buna səbəb nədir?

"Bildiyiniz kimi müasir dövrdə telekanallar bir çox hallarda reklam gəlirlərinin hesabına maliyyələşir. "ARB Media Qrup"a daxil olan kanallar da buna istisna deyil. "ARB Ulduz" telekanalı ölkə reklam bazarında özünü tam maliyyələşdirəcək qədər gəlir əldə edə bilmirdi. Təəssüf ki, ölkəmizdə tematik televiziyalar reklam bazarından kifayət qədər vəsait əldə edə bilmirlər. Reklam bazarının əsas iştirakçıları, ümumölkə və çoxşaxəli məzmunda fəaliyyət göstərən telekanallardır. Elə məhz bu səbəbdən də musiqi yönümlü tematik kanal olan "ARB Ulduz" da reklam bazarının oyunçularından birinə çevrilə bilmədi".
- Bəs "ARB Media Qrup"a daxil olan digər tematik kanal olan "ARB Günəş"in taleyi necə olacaq?
Bəli, "ARB Günəş" Azərbaycanın ilk və yeganə tematik uşaq kanalıdır. Bu telekanalın əsas auditoriyası azyaşlı tamaşaçılardır. Yuxarıda qeyd etdiyim kimi, digər tematik telekanallarda olan kommersiya problemləri "ARB Günəş"ə də şamil edilir. Lakin, Azərbaycan dilində yayımlanan uşaq telekanalının nə dərəcədə vacib bir iş olduğunu nəzərə alsaq, "ARB Media Qrup" daxili imkanlar hesabına kanalın yayımını davam etdirməyi düşünür.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub